Apr 25 2020 12:38
Elshad Aliyev
Views: 53

Ukraynada son sutkada 478 nəfər koronavirusa tutulub.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa tutulanların sayı 8125 nəfərə çatıb. Bu ölkədə son sutkada 8 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 201 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 782 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.


Create Account



Log In Your Account