Mar 16 2020 13:55
Elshad Aliyev
Views: 48

Ukraynada koronavirusa yoluxanların sayı 5 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Koronavirusa yoluxan daha iki nəfər Çernovtsı vilayətində qeydə alınıb.

Bununla da Çernovtsı vilayətində koronavirusa yoluxanların sayı 4-ə çatıb, daha bir nəfər isə Jitomir vilayətində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusa görə artıq bir nəfər həyatını itirib. 500 nəfərdən artıq insan koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.


Create Account



Log In Your Account