Apr 02 2021 11:04
Elshad Aliyev
Views: 142

Son sutka ərzində Ukraynada 19 min 893 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövründə qeydə alınan ən yuxarı göstəricidir. Bu virusa ən çox yoluxma Odessa və Xmelnitski vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların 5040-ı xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, ötən sutkada Ukraynada 433 nəfər bu xəstəlikdən həyatını itirib. Bu da pandemiya dövründə ən yuxarı göstəricidir.

Aprelin 1-nə olan vəziyyətə görə, Ukraynada 1 milyon 711 min 630 yoluxma faktı təsdiqlənib, 1 milyon 333 min 370 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 33 min 679 nəfərdir.

Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artdığı üçün karantin rejimini sərtləşdirib.


Create Account



Log In Your Account