May 16 2020 11:44
Elshad Aliyev
Views: 333

Ukraynada son dörd gündür ki, koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 528 nəfər koronavirusa yoluxub. Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 17 min 858 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı 497 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 4906 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.


Create Account



Log In Your Account