Dec 06 2019 11:52
Elshad Aliyev
Views: 62

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) imkanlarından istifadə daha da genişləndirilməlidir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı Ukraynanın İnfrasturktur naziri Vladoslav Krikli bildirib.

Onun sözlərinə görə, dəhlizin inkişafı çərçivəsində ölkələr tərəfindən tariflərin eyniləşdirilməsi məsələsi də olduqca vacibdir.

"TRACECA dəhlizinin inkişafı cəhətdən iştirakçı ölkələr daşıyıcılar arasında əlaqələrin genişləndirilməsi məsələsinə də böyük önəm verməlidirlər", deyə nazir qeyd edib.


Create Account



Log In Your Account