Dec 18 2019 15:15
Elshad Aliyev
Views: 135

Ukrayna hökumətinin qərarına əsasən, ölkə vətəndaşları 2020-ci il martın 1-dən etibarən Rusiyaya yalnız xarici pasportla gedə bilərlər.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk məlumat verib.

“2020-ci il martın 1-dən Ukrayna vətəndaşları Rusiya ilə sərhədi yalnız xarici pasport əsasında keçə bilərlər”, - deyə Baş Nazir bildirib. O qeyd edib ki, bu barədə qərar dekabrın 18-də hökumətin iclasında qəbul olunub. Ukrayna vətəndaşları Rusiya ərazisindən ölkəyə gələrkən onlar sərhədi həm də daxili pasport və doğum haqqında şəhadətnamə ilə maneəsiz keçə biləcəklər.

Xarici pasportdakı məlumatlarının yoxlanılması xüsusi qurğular vasitəsilə həyata keçiriləcək ki, bu da sərhəd nəzarəti müddətini xeyli azaldacaq.


Create Account



Log In Your Account