Aug 11 2020 17:32
Elshad Aliyev
Views: 136

Bu ilin iyul ayında boru kəməri ilə Ukrayna ərazisindən neftin tranziti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% (1,3 milyon tona qədər) artıb.

APA-Economics” Ukraynanın magistral neft kəməri sisteminin operatoru “Ukrtransnafta”nın yaydığı məlumata istinadən xəbər verir ki, bundan əlavə, ötən ay “Ukrtransnafta” Ukraynanın neft emalı zavodlarına 170 min tondan çox neft nəql edib. Bu göstərici ötən ilin iyul ayına nisbətən 15,3% azdır. Nəql edilən neftin 116,4 min ton Ukrayna nefti, 11,3 min ton Azərbaycan və 42,3 min ton Amerika nefti olub.

2020-ci ilin iyul ayında neft daşımalarının ümumi həcmi ötən ilin iyul ayına nisbətən 20,3% (1,5 milyon tona qədər) artıb. Daşınan neftin həcmi 2020-ci ilin ilk yeddi ayında 8,8 milyon ton neft təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.

Xüsusilə, bu ilin yanvar-iyul aylarında Ukrayna neft emalı zavodlarına neft nəqlinin həcmi 1,5 milyon ton (2019-cu ilin bu dövrü ilə müqayisədə 14.5% çox), tranzit isə 7,4 milyon ton (artım 11,1%  2019-cu ilin eyni dövrü ilə müqayisədə 1%), bunun da 400 min tondan çoxu Belarusun “Mozır” Ukraynanın neft emalı zavodlarına Ukraynanın neft emalı zavodlarına nəql edilib.


Create Account



Log In Your Account