Mar 23 2021 12:59
Elshad Aliyev
Views: 141

Ukrayna Nazirlər Kabineti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə giriş qaydalarını sərtləşdirib. İndi koronavirus üçün PCR testi tələb olunacaq.

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Maksim Stepanovun brifinqdə verdiyi məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, bütün xarici ölkə vətəndaşları üçün Ukraynaya giriş zamanı PCR testi tələb ediləcək. PCR testi 48 saatdan gec olmayaraq təqdim edilməlidir.

Qeyd edək ki, koronavirusa yoluxma halları artdığından, Ukraynanın bir çox vilayətləri “qırmızı zona” elan edilib və karantin şərtləri sərtləşdirilib.


Create Account



Log In Your Account