Apr 20 2021 12:01
Elshad Aliyev
Views: 118

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsi tərəfindən nəşr olunan “Bir millət – iki dövlət: fəlsəfi-tarixi təhlil” monoqrafiyasının, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” toplusunun və “Mahir siyasətçi, müdrik rəhbər (məqalələr və xatirələr)” kitabının müzakirəsi keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə çıxış edən institutun direktoru, professor İlham Məmmədzadə Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin uğurlu fəaliyyətindən danışaraq bildirib ki, ötən il ərzində şöbə əməkdaşları çox məhsuldar çalışıblar. Hər üç kitabın böyük zəhmət bahasına ərsəyə gəldiyini deyən alim nəşrlərin davamlı olmasını vurğulayıb, həmçinin sözügedən kitabların cəmiyyətdə yayılmasının, eləcə də xarici dillərə tərcümə edilməsinin vacibliyini söyləyib. İlham Məmmədzadə diqqətə çatdırıb ki, müzakirəsi keçirilən kitablarda müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli kitabların ideyası və ərsəyə gəlməsi barədə danışıb. Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi şöbəsinin fəaliyyəti və gələcək planları barədə məlumat verən E.Mədətli bu istiqamətdə işlərin davam etdiyini, yeni nəşrlərin hazırlandığını bildirib.

Sonda fəlsəfə elmləri doktorları Ziba Ağayeva, Əlikram Tağıyev, siyasi elmlər üzrə fəlsəfə doktorları Məmmədağa Sərdarov, Sənan Həsənov, fəlsəfə üzrə fəlsəfə doktorları Faiq Ələkbərov və Əli İbrahimov nəşr olunan kitablar haqqında fikirlərini bölüşüblər.


Create Account



Log In Your Account