Jan 11 2019 17:05
Ferah Sabirqizi
Views: 283

İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən UN Council for Public Awards (UNCOPA) təşkilatı özünün 27 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycanın məşhur neftçi-alimi, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəni dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Avropa Xidmət ordeni ilə təltif edib.

Tanınmış mühəndis-geoloq, akademik Xoşbəxt Yusifzadə geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür. Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.

2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə Xoşbəxt Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. 

 


Create Account



Log In Your Account