Jun 08 2020 15:15
Elshad Aliyev
Views: 89

Parisdə UNESCO-nun İcra Şurasının 209-cu sessiyası onlayn formatda keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcridolma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.

Sessiyada A.Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.

Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.

Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası iyunun 9-dək davam edəcək.


Create Account



Log In Your Account