Nov 26 2019 10:22
Elshad Aliyev
Views: 291

"Getdikcə çətinləşən maliyyə şəraitində daxili və beynəlxalq mənbələrdən daxil olan fərqli ictimai və özəl sektor maliyyələşməsi dayanıqlı inkişafa nail olmaqda vacib rol oynayır".

"APA-Economics"in məlumatına görə, bunu BMT-nin təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanda məsuliyyətli biznes" adlı konfransda çıxış edən BMT-nin Rezident Əlaqələndiricisinin səlahiyyətlərinin müvəqqəti icraçısı, UNICEF-in ölkə üzrə nümayəndəsi Edvard Karvardin deyib.

"Hər kəs qəbul edir ki, Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi ilə əlaqədar yüksək nəticələrin əldə olunması bütün maliyyə mənbələrinin istifadə olunmasından asılıdır", - deyə E. Karvardin qeyd edib.

BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10 min şirkət və 3 min qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.


Create Account



Log In Your Account