May 05 2021 16:01
Elshad Aliyev
Views: 99

Bu ilin aprel ayında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin orta qiyməti illik müqayisədə 3,4 dəfə artaraq bir barel üçün 62,5 ABŞ dolları təşkil edib. Bu ilin mart ayı ilə müqayisədə isə "Urals"ın orta qiyməti 1,8% azalıb.

"APA-Economics"in Rusiya Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin aprel ayında "Urals" neftinin orta qiyməti 18,22 dollar təşkil edirdi.

Məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında "Urals" neftinin orta qiyməti 60,47 dollar, 2020-ci ilin müvafiq dövründə isə 41,04 dollar olub. Göründüyü kimi, artım 47,3%-dən çox olub.

 


Create Account



Log In Your Account