Jan 21 2017 13:00
Ulviyye Sabirqizi
Views: 2143

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Donald Trampın əleyhdarları etiraz aksiyası keçiriblər.

Nümayişçilər yeni prezidentin əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Aksiya zamanı fəallarla polis arasında toqquşmalar baş verib.

Polisə hücum edən etirazçılar mağazaların vitrinlərini və maşınların şüşələrini sındırıblar, paytaxtın mərkəzində limuzini yandırıblar. Polis onlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İştişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb. Bu barədə Vaşinqton polis idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Piter Nyüşem açıqlama verib. Bildirib ki, bir gün əvvəlki hadisələrdə cinayətkarcasına hərəkət etmiş şəxslər həbs ediliblər. Onlar iğtişaşlarda ittihamlar olunurlar.

Onun sözlərinə görə, şəhərdə qeydə alınan müxtəlif insidentlər zamanı 6 polis əməkdaşı xəsarət alıb.

Kanadanın Monreal şəhərində də Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib. Şəhərin mərkəzində yürüş keçirən nümayişçilər Amerika Birləşmiş Ştatları baş konsulluğunun qarşısında əvvəl Trampın şəklini, sonra isə Birləşmiş Ştatlar bayrağını yandırıblar. Aksiya iştirakçıları Trampın bəyan etdiyi miqrasiya siyasəti, onun seçkiöncəsi verdiyi islamofob, ksenofob bəyanatlarını pisləyiblər.

Meksikada da etiraz aksiyası keçirilib. Nümayişçilər Donald Tramp əleyhinə şüarlar səsləndiriblər. Yeni prezidentin Meksika ilə sərhəddə divar tikiləcəyi ilə bağlı bəyanatına etiraz əlaməti olaraq, aksiya iştirakçıları qutulardan divar hörüblər.
 

 


Create Account



Log In Your Account