Dec 03 2019 11:37
Elshad Aliyev
Views: 343

Vergi Məcəlləsinə edilən dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı keçirilən brifinqdə nazirliyin Vergi Siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O bildirib ki, bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

 


Create Account



Log In Your Account