Nov 29 2019 14:16
Elshad Aliyev
Views: 91

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kölgə iqtisadiyyatının aradan qaldırılmasına yönəlib.

AZƏRTAC Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadla sözügedən dəyişikiliklərlə bağlı iqtisadçı Qulu İbrahimlinin şərhini təqdim edir.

Ekspertin sözlərinə görə, bu yeniliklər vergiödəyicilərinin stimullaşdırılmasını, sahibkarlığın, investisiya fəaliyyətinin təşviq olunmasını, kölgə iqtisadiyyatının azaldılmasını, vergiödəyicilərinin məsuliyyətinin artırılmasını əks etdirir. Bəzi vergiödəyiciləri var ki, intizamsızdırlar, vergi öhdəliklərini vaxtında yerinə yetirmirlər – bax bu cür şəxslərə qarşı daha sərt tədbirlər nəzərdə tutulur: “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaqdan çıxarılıb vahid vergi rejimində (ƏDV və mənfəət vergisi) fəaliyyət göstərməsi ona görə müsbət haldır ki, fərqli yanaşmanı, ayrıseçkiliyi aradan qaldırır. Əvvəl seçim verilirdi, bina tikintisi ilə məşğul olan şəxslər ya sadələşdirilmiş vergiödəyicisi, ya da ƏDV ödəyicisi olmalı idi. Bu, müəyyən məqamlarda ayrıseçkilik yaradırdı, eyni zamanda, iqtisadiyyatın bütün dəyər zəncirində vergilərin hesablanması ilə yanaşı, uçotun, statistikanın təmin olunmasına kimi problemlər yaradırdı. Sadələşdirilmiş vergi tikinti sektorunda qeyri-rəsmi, sənədsiz mal hərəkətlərini stimullaşdırırdı, çünki xərclərin uçotunda dəqiqliyə fikir verilmirdi”.

Q.İbrahimli qeyd edib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olanların vahid vergi rejimində fəaliyyət göstərməsi dəyər zəncirinin bütün mərhələlərində sağlam vergitutma münasibətlərinin yaranması ilə nəticələnəcək. Bu isə, eyni zamanda, kölgə iqtisadiyyatının aradan qaldırılmasına imkan verəcək.


Create Account



Log In Your Account