Dec 23 2019 10:36
Elshad Aliyev
Views: 97

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk.

Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".


Create Account



Log In Your Account