Mar 02 2020 15:32
Elshad Aliyev
Views: 51

Bəzən çox danışılır, ancaq heç bir addım atılmır. Bu tədbir çərçivəsində nümayiş etdirilən sənədli film mənə çox təsir etdi. Bu sənədli filmdə qadınların üzləşdiyi işgəncələri görəndə göz yaşlarımı saxlaya bilmədim. Hər kəs bilməlidir ki, dünyanın gələcəyini, davamlılığını qadınlar təmin edir. Onların sayəsində nəsillər artır, inkişaf edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən tədbirin iştirakçısı İvona Alışkova deyib.

Bildirib ki, qadınlara qarşı olan qeyri-insanı münasibətlər qəbuledilməzdir. Onlara qarşı törədilən qəbuledilməz hərəkətlər bəşəriyyətə qarşı cinayətdir. Mülki əhaliyə qarşı belə qəbuledilməz davranışlar cəzalandırılmalıdır.

“Bu filmdə silahlı münaqişədən ən çox qadınların, uşaqların və ahılların əzab–əziyyət çəkdiyinin şahidi olduq. Belə faciələr işıqlandırılmalıdır ki, bir daha təkrarlanmasın”,-deyə İ. Alışkova qeyd edib.


Create Account



Log In Your Account