Mar 16 2020 11:43
Elshad Aliyev
Views: 31

İranda koronavirusdan ölənlərin sayında artım müşahidə edilib.

AZƏRTAC İranın səhiyyə nazirinin müşaviri Rza Vahabzadənin aşıqlamasına istinadla xəbər verir ki, ötən gün ərzində 100 nəfər həyatını itirib. Ümumilikdə isə ölənlərin sayı 724 nəfərə çatıb. Bununla yanaşı 1209 nəfər yeni yoluxmuş adam aşkar edilib və karantinə alınıb. Ümumilikdə isə İranda 13 min 938 nəfərin virusa yoluxduğu bildirilib.

Qeyd etmək lazımdır ki, sağalanların sayında da artım müşahidə olunur. R. Vahabzadənin verdiyi məlumata görə 4590 nəfər müalicə alaraq sağalıb və evlərinə buraxılıb. Sağalanlar arasında İranın birinci vitse-prezidenti İshaq Cahangiri də var. Artıq vitse-prezident öz vəzifəsini icra edə bilər.

İranın turizm və sənaye nazirləri də virusa yoluxublar. Onların müalicəsi davam edir. İran parlamentinin 23 deputatı da virusa yoluxub. Deputatlardan ikisi - Fatimə Rəhbər və Əli Ramazani həyatını itirib. Onlar fevralın 21-də İranda keçirilən seçkilərdə parlamentə seçilimişdilər.

Yeri gəlmişkən qeyd edək ki, İranda keçirilən parlament seçkilərinin 2-ci turu aprelin 17-də keçirilməsi nəzərdə tutulurdu. Lakin koronavirusun geniş yayılması səbəbindən parlament seçkilərinin 2-ci turu qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Virusla mübarizə çərçivəsində İranın böyük şəhərlərində hər gün dezinfeksiya işləri aparılır.

 


Create Account



Log In Your Account