Jul 01 2020 15:16
Elshad Aliyev
Views: 66

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Banklar Assosiasiyası əhaliyə müraciət edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər. Vətəndaşların hər hansı sualı yaranacağı təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə, AMB-nin səlahiyyətlərinə aid məsələlər barədə isə 966 – “qaynar xətti”nə zəng edə bilərlər.


Create Account



Log In Your Account