Dec 26 2019 12:02
Elshad Aliyev
Views: 117

Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, daxili və xarici siyasəti, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, parlament seçkiləri və cəmiyyət həyatının bütün sahələri üzrə aktual məsələlərə münasibət bildirdi. Dövlətimizin başçısı ona ünvanlanmış suallara cavab olaraq 2019-cu ildə sosial sahədə çox ciddi addımlar atıldığını və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirildiyini bildirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri Səhər İsmayılova deyib.

Səhər İsmayılova qeyd edib ki, bu il bir sıra uğurlarla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan fərman və sərəncamların zənginliyi, bu istiqamətdə qətiyyətli addımların atılması ilə də yadda qalacaq. Dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü bir vaxtda müavinətlərin 50 faiz, minimum əməkhaqqının 2 dəfə, minimum pensiyanın 70 faizdən çox artırılması, nəzərdə tutulan bütün sosial layihələrin uğurla icra olunması hər ölkəyə nəsib olmur. Ancaq bizim dövlətimiz buna nail oldu. Azərbaycan Prezidenti müsahibəsində də bu uğurları yüksək dəyərləndirdi. Bildirdi ki, hətta böhranlı illərdə də sosial sahəyə nəzərdə tutulan vəsait azaldılmamışdı. Bunun səbəbini isə iqtisadi islahatların sosial müdafiə ilə bərabər aparılmasında gördüyünü diqqətə çatdırdı. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqlarının dayandığını bildirən Prezident vurğuladı ki, əhali ildən-ilə daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı layihələr icra edilməli, həm də vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Bu il həmin istiqamətdə çox ciddi addımlar atıldı, bir-birinin ardınca fərman və sərəncamlar imzalandı. Nəticə göz qabağındadır. İlk növbədə, əhalini daha çox narahat edən problemli kreditlər məsələsi öz həllini tapdı. Dövlət başçısının bu məsələ ilə bağlı Fərmanı təxminən 850 min nəfəri əhatə etdi. Onu da xüsusi vurğulamaq lazımdır ki, devalvasiyaya uğrayan təkcə Azərbaycanın milli valyutası olmayıb. Bir neçə postsovet ölkəsində oxşar hallar baş verib, o cümlədən ixracı daha çox enerji resursları olan ölkələrdə. Ancaq problemli kreditlərin həlli bizdəki kimi heç bir ölkədə uğurlu olmayıb. Problemin aradan qaldırılmasında vətəndaşlar üçün ən məqbul variant seçildi və məsələ öz həllini tapdı.

Bu ilin əvvəlindən başlayaraq əməkhaqları artırıldı. Ardınca pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması, ümumiyyətlə, sosial sahədə olan bütün məsələlər kompleks şəkildə öz həllini tapdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Məcburi köçkün soydaşlarımız, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə, minik avtomobilləri ilə təmin edilir. Dövlət başçısı 2019-cu ilin sosial sahədə qazanılan uğurlar ili kimi yaddaqalan olduğunu dedi və gələn il də bu müsbət meyillərin davam etdiriləcəyinin anonsunu verdi.


Create Account



Log In Your Account