Dec 04 2019 11:05
Elshad Aliyev
Views: 58

Vyanada OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC plus”) Müştərək Texniki Komissiyasının (JTC) 35-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiya neft bazarına davamlı sabitlik gətirmək üçün “Əməkdaşlıq Bəyannaməsi” üzrə 3 ildir fəaliyyət göstərir.

İclasda OPEC-in baş katibi Məhəmməd Barkindo deyib ki, bu tarixi mərhələ ilə fəxr edə bilərik. O, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçısı olan bütün ölkələrin fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, bu gün Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq. Dekabrın 5-də isə Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.

Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.


Create Account



Log In Your Account