Mar 15 2021 16:52
Elshad Aliyev
Views: 152

"WhatsApp" messencerində səsli mesajların səsləndirilməsini iki dəfə sürətləndirmək mümkün olacaq.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, "WhatsApp"ın tərtibatçıları səsli mesajları sürətləndirməyə imkan verəcək seçimin messencerə tətbiqi üzərində işləyirlər. Səsli mesajların iki dəfə sürətləndirilməsi nəzərdə tutulur.

Məlumata görə, hazırlanma mərhələsində olan sözügedən funksiyanın "Android" və "iOS" əməliyyat sistemlərinə tətbiqinə bir neçə ay vaxt tələb olunur.

 


Create Account



Log In Your Account