May 13 2020 13:03
Elshad Aliyev
Views: 64

“Mədəniyyət” kanalında ulu öndər Heydər Əliyevin 97-ci ildönümü münasibətilə Xalq artisti Murad Hüseynovun konserti nümayiş olunub.

Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Fransanın Paris şəhərində Madeleine kilsəsində lentə alınan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, konsert ümummilli liderin 90 illiyi münasibətilə 2013-cü ildə keçirilib. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərləri ifa olunub. Proqramda F.Şopen, R.Şuman, F.Listin əsərləri daxil edilib. Tədbirdə Fransa rəsmiləri, diplomatik korpusun və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, Parisdə səfərdə olan tanınmış siyasi xadimlər və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Nümayiş olunan konsertdə dünyanın siyasi və mədəni arenasının görkəmli xadimlərinin iştirakı Ulu Öndərin xatirəsinə dərin ehtiramın bariz nümunəsidir.


Create Account



Log In Your Account