Nov 06 2019 10:38
Elshad Aliyev
Views: 32

Əlahiddə Ümumqoşun Orduda xalq-ordu birliyini özündə əks etdirən növbəti tədbir keçirilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın Şərur rayonunun Sərxanlı kənd sakini Həsən Hüseynov tərəfindən hərbi hissəyə, ümumilikdə, 3 tondan artıq soğan təqdim edilib.

Tədbirdə dövlət qayğısından danışan hərbi hissənin zabiti Xəyyam Həsənov xalq-ordu birliyindən ruhlanaraq yüksək vətənpərvərlik hissi ilə xidmət etdiklərini qeyd edib.

Sonda gətirilmiş sovqat hərbi hissənin anbarına təhvil verilib.

Qeyd edək ki, muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hərbi hissələrə sovqat aparmaları artıq ənənə halını alıb.


Create Account



Log In Your Account