Apr 13 2021 12:06
Elshad Aliyev
Views: 140

Xaçmaz rayonunda bu günə kimi 24 min 291 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Xaçmaz rayonunda infeksiyaya qarşı mübarizə məqsədilə sakinlərin peyvənd olunması kampaniyası davam etdirilir.

Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Hazırda rayonda yaşı 40-dan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.

Aprelin 13-də Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi də Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub. Tibb müəssisəsində vaksinasiya prosesinin gedişi ilə maraqlanan rayon rəhbərliyi tərəfindən əhalinin sağlamlığı üçün dövlətimizin gördüyü işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.

Xaçmazda vaksinasiya prosesi gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirilir.


Create Account



Log In Your Account