Jan 13 2021 19:01
Elshad Aliyev
Views: 323

Azərbaycan vətəndaşının xarici ölkəyə səfəri zamanı ehtiyac yaranarsa, peyvəndlənməsinə dair ona təsdiqedici sənəd veriləcək.

"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, peyvənd olunmuş şəxslərin cari qeydiyyatı elektron qaydada aparılacaq.

"Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq", - məlumatda bildirilib.


Create Account



Log In Your Account