Nov 28 2019 14:45
Elshad Aliyev
Views: 355

Şəfaverici təsirinə görə dünyada bənzəri olmayan Naftalan neftinin imkanlarından faydalanmaq istəyən yerli, xüsusən də xarici turistlərin sayındakı artım dinamikası bu şəhərdə yeni turizm-sağlamlıq və istirahət mərkəzlərinin yaradılmasını zəruri edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda şəhərdə yeni yaradılan 5 turizm mərkəzindən biri də “Naftalan Hotel & SPA” mərkəzidir.

Şəhərin Habil Əliyev küçəsində yerləşən mərkəzdə 78 otaq, 172 yer, SPA mərkəzi, oyun otağı, fitnes klubu, sauna, konfrans zalı, açıq və qapalı restoranlar, bar, mini market, (tibb mərkəzi - ginekoloq, dermatoloq, uzi, uroloq, kardioloq, analiz laboratoriya, inqalyasiya, ozon terapiya, çoxsaylı fizioterapiya bölmələri, iqla terapiya) yaradılıb. Mərkəz fəaliyyətə başladıqdan sonra 70 nəfər burada işlə təmin ediləcək.

Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində, ümumilikdə, 3800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və burada işləyənlərin sayı 1500-ə çatacaq. Bu da ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.


Create Account



Log In Your Account