Mar 05 2020 13:27
Elshad Aliyev
Views: 40

Ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar ötən il də uğurla yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bunu martın 5-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni sosial layihələr reallaşdırılıb.

Vüsal Hüseynov qeyd edib ki, ötən il ümumilikdə Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə edilib.


Create Account



Log In Your Account