Mar 16 2020 14:27
Elshad Aliyev
Views: 49

Abşeron rayonun inzibati mərkəzi - Xırdalan şəhərində 1 yeni park salınacaq, 2 park isə yenidən qurulacaq.

Bu barədə AZƏRTAC–a Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubov məlumat verib.

O, Xırdalan şəhərində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksi və onun yerləşdiyi parkın yeni dizaynda qurulacağını, həmçinin şəhər ərazisində yerləşən “Ana və uşaq parkı”nın da əsaslı şəkildə yenidən inşa ediləcəyin bildirib. “Hər iki parkda müasir işıqlandırma sistemləri quraşdırılacaq, dekorativ kol və ağaclar əkiləcək. Əhalinin istirahəti üçün hər cür şərait yaradılacaq”, - deyən R.Yusubov qeyd edib ki, Heydər Əliyev prospektində həyətyanı sahədə də böyük bir park salınacaq. Burada əlillərin və xüsusi qayğıya ehtiyacı olanların dincəlməsi, asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şərait yaradılacaq.


Create Account



Log In Your Account