Mar 23 2017 11:51
Ulviyye Sabirqizi
Views: 1397

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Londonda baş vermiş terror aktını pisləyib.

CBC-nin xəbərinə görə, XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib ki, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycan Londonda baş verən terror aktını qəti şəkildə pisləyir.

Qeyd edək ki, Londonda Böyük Britaniyanın parlament binasının yaxınlığında terror aktı törədilib. Naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polisi bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib. Terror aktı nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.


Create Account



Log In Your Account