Jan 17 2017 16:25
Ulviyye Sabirqizi
Views: 1403

Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi məsələsi ilə bağlı spekulyasiya edir.

Bunu CBC-yə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib:

“Azərbaycan həqiqətən də ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməyib. Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin Azərbaycanın işğal olunmuş ərazilərindəki tədbirlərdə iştirakından, xüsusilə də Dağlıq Qarabağda minaların təmizlənməsi layihələrindən gedir”.

Onun sözlərinə görə, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.


Create Account



Log In Your Account