May 13 2020 18:02
Elshad Aliyev
Views: 170

Hazırda 60-a yaxın ölkədə Azərbaycana geri qayıtmaq istəyən vətəndaşımız var. AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.

Leyla Abdullayeva deyib ki, beynəlxalq uçuşların dayandırıldığı bir vaxtda Azərbaycan xüsusi çarter reysi ilə vətəndaşlarımızın təxliyəsini davam etdirir. Xaricdə olan vətəndaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə ölkəmizə təxliyəsi həyata keçirilir. Bunun üçün Xarici İşlər Nazirliyi tərkibində Operativ Qərargah yaradılıb. İlkin mərhələdə səfirlik və diplomatik nümayəndələr tərəfindən operativ məlumatlar nazirliyə daxil olub. XİN-ə xaricdə yaşayan vətəndaşlar və onların qohumları tərəfindən zənglər edilir. Həm XİN-ə, həm də diplomatik korpuslara zənglər gəlir. Vətəndaşlara müraciətimiz ondan ibarətdir ki, mümkün qədər olduqları ölkələrdə qalsınlar və həmin ölkənin karantin qaydalarına riayət etsinlər.


Create Account



Log In Your Account