Dec 12 2019 10:47
Elshad Aliyev
Views: 134

Bu il dekabrın 1-dək Azərbaycan Xəzərdəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 291 milyon ton mənfəət nefti əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından mənfəət nefti xarici bazarlara çıxarılır. Cari il dekabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 291 milyon ton mənfəət nefti satılıb ki, bu da çıxarılan neftin 58,5 faizindən çoxdur”, - deyə o qeyd bildirib.


Create Account



Log In Your Account