Jul 18 2019 14:28
Ferah Sabirqizi
Views: 472

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.  

İyulun 17-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Xoşbəxt Yusifzadəni qəbul edib, mükafata layiq görülməsi münasibətilə  onu təbrik edib. Baş nazir ölkə Prezidentinin tapşırığı ilə yubiley medalını görkəmli neftçi-alimə təqdim edib.

Novruz Məmmədov Xoşbəxt Yusifzadəyə möhkəm cansağlığı arzulayıb və əmin olduğunu bildirib ki, o, respublikanın neft sənayesinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq.

Akademik Xoşbəxt Yusifzadə ölkə neftçilərinə göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. Deyib ki,  Azərbaycan neftçiləri dövlət başçısının tapşırıqlarına bundan sonra da şərəflə əməl edəcək, Azərbaycanın nefti və qazı ilə bağlı möhtəşəm layihələri uğurla həyata keçirəcəklər.

Xoşbəxt Yusifzadə onu qəbul etdiyi və yubiley medalını şəxsən təqdim etdiyi üçün hökumət başçısına minnətdarlığını bildirib. 


Create Account



Log In Your Account