Feb 26 2019 14:44
Ferah Sabirqizi
Views: 201

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və İngiltərədə yaşayan Azərbaycan ictimaiyyəti tərəfindən London şəhərində silsilə tədbirlər keçirilib.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Səfir vurğulayıb ki, beynəlxalq ictimaiyyətin bu faciə ilə bağlı daha çox məlumatlandırılması məqsədi ilə keçirilən silsilə tədbirlər davamlı olmalıdır: "Aksiyalar çərçivəsində Xocalıda törədilmiş vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilib, sərgilər təşkil olunub. Keçirilmiş möhtəşəm mitinq, anım tədbiri və digər tədbirlər ictimaiyyət arasında böyük əks-səda doğurub".

Tədbirlərdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyevqeyd edib ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, dünyanın bir necə qanunverici orqan və parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.

Xaricdə yaşayan Azərbaycanlılar icmasının liderlərindən biri Kamran Balayev bildirib ki, Xocalı soyqırımı beynəlxalq birliyin faciəsidir. K.Balayev qeyd edib ki, bu tədbirlər bütün dünya ictimaiyyətinə bir mesajdır ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək: “Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir”.


Create Account



Log In Your Account