Feb 25 2020 12:57
Elshad Aliyev
Views: 55

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bədnam ermənilərin xalqımıza qarşı növbəti qanlı təcavüzə əl ataraq dəhşətli soyqırımı törətdiyini deyib.

Bildirilib ki, bu qanlı hadisə XX əsrin ən böyük faciəsidir. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verilib.

Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan danışıb. Bildirilib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniya çərçivəsində bu qanlı faciə haqqında həqiqətlər dünya xalqlarına çatdırılır.

DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov və digər çıxış edənlər Xocalı soyqırımını xalqımıza, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər.

Tədbirdə Xocalı faciəsi haqqında filim nümayiş etdirilib.


Create Account



Log In Your Account