Feb 28 2020 13:07
Elshad Aliyev
Views: 59

İsrailin “Aziznews”, Ukraynanın “Everyday”, İranın “Tabrizema.ir”, Gürcüstanın “Brandnews.ge” portalları bəşər tarixinin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı ilə bağlı videomaterial yerləşdirib.

AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi tərəfindən hazırlanan videomaterialda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı törətdiyi qətliamın canlı şahidi olmuş tanınmış Litva jurnalisti, “Ladziyay ulduzu” ictimai-siyasi qəzetinin baş redaktoru Riçardas Lapaytisin hadisə ilə bağlı fikirləri təqdim olunub.

Videosüjet ingilis və Azərbaycan dillərinə tərcümə edilmiş titrlərlə verilib.


Create Account



Log In Your Account