Feb 24 2020 14:49
Elshad Aliyev
Views: 95

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında kunq-fu növü üzrə Bakı çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Kunq-fu Federasiyasının təşəbbüsü ilə keçirilən yarışa 18 komandadan 200 idmançı qatılıb.

Paytaxt çempionatının açılışı mərasimində çıxış edən Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Nurlan Aslanov və BŞGİBİ-nin nümayəndəsi Gündüz Vəliyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır.

Çempionatda komanda hesabında Cəlilabadın “Cənub” idman klubu birinci yeri tutub. “Fateh” və “Neftçi” idman klubları isə müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.

Yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunublar.

 


Create Account



Log In Your Account