Feb 25 2017 12:33
Ulviyye Sabirqizi
Views: 1463

Milli Məclisin Xocalı muzeyinin yaradılması, Şəhidlər xiyabanında bu soyqırıma həsr olunmuş abidənin quraşdırılması ilə bağlı təklifinə müsbət yanaşmaq olar.

CBC-nin məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi və dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar:

"Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz odur ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlər barəsində cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verilməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırım kimi tanısınlar, təbii ki, bu soyqırım qurbanlarının qətlinə bais olan insanlar öz layiqli cavablarını alsınlar".

 


Create Account



Log In Your Account