Feb 25 2020 14:53
Elshad Aliyev
Views: 44

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi olaraq Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması uğrunda artıq bir ilə yaxındır ki, fəaliyyət göstəririk, bundan sonra da öz fəaliyyətimizi intensivləşdirəcəyik.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

O bildirib ki, artıq dünyanın 10-dan artıq dövlətinin tanıdığı Xocalı soyqırımını başqa ölkələrin də tanıması üçün bütün tədbirlər görüləcək: "Soyqırımı törətmiş Ermənistanın sabiq rəhbərləri Serj Sarkisyan, Robert Koçaryan və onların əlaltıları olmuş Artur Lukasyan kimi insanların hər birinin məsuliyyətə cəlb edilməsinə çalışacağıq. Bu insanların hər birinin Azərbaycan xalqı qarşısında cavab vermələrini tələb edəcəyik. Bu da tezliklə baş verəcək".


Create Account



Log In Your Account