Mar 31 2018 14:34
Ferah Sabirqizi
Views: 477

Azərbaycan hər bütün ölkələrlə qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Sülhsevər siyasət yürüdür. İnanıram ki, seçkilərdən sonra da Azərbaycan öz sülh siyasətinə sadiq qalacaq və vətəndaşlarının daha yaxşı və təhlükəsiz yaşaması üçün şərait yaratmağa davam edəcək. Bu sözləri sechki-2018.az saytına açıqlamasında Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç deyib.

Azərbaycanda keçiriləcək prezident seçkisinin region üçün əhəmiyyətinə toxunan S.Mesiç Azərbaycanın regionda liderliyini sülh və sabitlik üçün ciddi və etibarlı amil kimi dəyərləndirib.

“Son onillikdə Azərbaycan özünün strateji məqsədlərini yerinə yetirib. Bu səbəbdən ictimaiyyətdə seçki öncəsi gərginlik hiss olunmur”, - deyə Xorvatiyanın sabiq prezidenti qeyd edib.


Create Account



Log In Your Account