Sep 20 2017 13:34
Ferah Sabirqizi
Views: 558

Heydər Əliyev Mərkəzində meksikalı heykəltaraş, mayestro Xorxe Marinin “Varlığın canlanması” sərgisi yekunlaşıb. Sərginin davam etdiyi 11 ay ərzində paytaxt sakinləri və qonaqlar bürüncdən hazırlanmış 10 əsəri seyr etmək imkanı qazanıblar. Təqdim olunan əsərlər vasitəsilə Xorxe Marin insan bədənini dünya ilə bağlayıcı vasitə kimi kəşf etməyə, ətrafı nəzərdən keçirməyə və yaddaşı yaratmağa dəvət etdi. Maestro varlığın daimi qurulması və dağılmasını kəşf etdi. Onun qanadları şəxsi sərhədlərdən daha irəli getmək ismarıcını bir daha təsdiq etdi.

1963-cü ildə Meksikada dünyaya gələn Xorxe Marin ölkəsində müasir təsviri incəsənətin ən görkəmli nümayəndələrindən biridir. Karyerasının çox şahəli olması ustada fərqli sahələri əhatə etmək və müxtəlif materiallarla – keramika və qatranla - işləmək imkanını yaratdı. Buna baxmayaraq, uzun və müfəssəl bir axtarışın sonunda, heykəltəraş fərqliliyi üstün tutaraq bürünclə işləməyi seçdi, bununla da, personajların əlləri və ayaqlarının, həmçinin parça, damar və lələk teksturasının canlı görünüşü əldə etməsi üçün ideal imkan yaratmışdır.

Xorxe Marinin sənəti həm milli, həm də beynəlxalq səviyyədə tanınmışdır. Ustad 25 illik sənəti ərzində 250-dən çox qarışıq və fərdi sərgilərdə iştirak etmişdir. Onun işləri Avropa, Amerika və Asiya ölkələrinin muzey və qalereyalarında nümayiş olunmuşdur: Almaniya, Belçika, Danimarka, İspaniya, Fransa, Macarıstan, İngiltərə, Portuqaliya, Türkiyə, Rumıniya, Kanada, Kosta-Rika, ABŞ, Salvador, Qvatemala, Panama, Çin, Sinqapur və İndoneziya.

 


Create Account



Log In Your Account