Jun 17 2021 14:56
Elshad Aliyev
Views: 103

İyunun 19-da Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdində yerləşən Xətai Akvarel Qalereyası tərəfindən akvarel vorkşopu keçiriləcək.

Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd suluboyaçı rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini, bilik mübadiləsini və texniki incəlikləri bir-biri ilə bölüşmələri, həmçinin, vorkşop keçirilən vaxt hər kəsin çalışan rəssamların iş prosesini seyr edərək suallar verib texnika ilə tanış ola bilmələrinə yardımçı olmaqdan ibarətdir.

Sərgi Xətai Akvarel Qalareyasında təşkil olunacaq.


Create Account



Log In Your Account