Jul 22 2019 09:29
Ferah Sabirqizi
Views: 126

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib. Bakı Kristal Zalında təşkil edilən mərasimdə Azərbaycan haqqında dolğun məəlumat əks etdirən video-rolik nümayiş etdirilib. Azərbaycan Milli Qvardiyasının əsgərləri dövlət bayrağımızı səhnəyə gətirib, Azərbaycanın dövlət himni səsləndirilib. Mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi və idmançıların arenaya daxil olması ilə davam edib. Atletlər paradı müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstan təmsilçilərinin gəlişi ilə başlayıb və tamaşaçıların alqışları ilə ev sahibi Azərbaycan komandasının arenaya daxil olması ilə yekunlaşıb. Ölkəmizin bayrağını cüdoçu Vüqar Talıbov daşıyıb.

Baş nazirin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təkcə Avropanın deyil, dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Bildirb ki, Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir.

Avropa Olimpiya Komitələrinin Prezidenti Yanes KOsyançiç bildirib ki, Avropa Olimpiya Komitələrinin üzvləri olaraq Bakıya – Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir:

 Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.  Azərbaycanın tanınmış idmançıları Beynəlxalq Olimpiya Komitəsinin bayrağını səhnəyə gətirib və qurumun himninin sədaları altında bayraq qaldırılıb. Olimpiya Oyunlarının ənənəsinə uyğun olaraq idmançılar adından Fəxriyyə Tağızadə və Sabir Cəfərov, hakimlər adından Ələkbər Həsənov və Sədi Quliyev, məşqçilər adından isə Rəşad Əbdurəhmanov ədalətli oyun naminə obyektivlik və sədaqət andı içiblər. Yarışın məşəlini Kristal Zala Olimpiya çempionu Fərid Mansurov gətirib.

Açılış mərasiminin bədii hissəsi “Welcome to Azerbaijan” adlı bölümlə başlayıb. Burada təxminən 500 gəncin xidmətindən istifadə olunub. Günün hekayəsi isə zəfərə aparan yol adlandırılıb. “Külək haqda əfsanə” adlı şounun baş qəhrəmanları Oğlan və Qız obrazı olub. Rəqqaslar böyük butafor kərpiclərlə “Şəhərin yaranışı” adlı teatral-rəqs səhnəciyi ifa ediblər. Çoxsaylı rekvizit və dekorasiyalar vasitəsilə şəhərin yaradılmasındakı dinamiklik, həyatın canlanması əks etdirilib.

“Şəhər Günü Bayramı” vokal-xoreoqrafik kompozisiyası təqdim edilib.  Sonda iştirakçı ölkələrin bayraqları dalğalandırılıb. Bakı Festivalına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəlib. Atletlər 10 növdə bacarıqlarını nümayiş etdirəcəklər. Festivalın keçirildiyi 12 idman obyektində təxminən 3500 könüllü fəaliyyət göstərir.


Create Account



Log In Your Account