Aug 12 2020 12:46
Elshad Aliyev
Views: 76

2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, “Universiada-2023”ün beş kompleksdən ibarət olacaq Atletlər kəndinin ümumi sahəsi 230 min kvadratmetrdən çoxdur. İdmançılar üçün inşa ediləcək birinci yataqxana binası 1700 yerlik olacaq.

Qeyd edək ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.


Create Account



Log In Your Account