Aug 10 2020 15:36
Elshad Aliyev
Views: 68

Xəzər dənizində neftçi itkin düşüb. “Azneft” İstehsalat Birliyindən APA-ya bildirilib ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib.

“Kazımov Elşən axırıncı dəfə həmin gün saat 15:40 radələrində neftqazçıxarma ustası Vidadi Əliyevə 1110 və 1111 saylı quyularda ölçmə işlərinin aparıldığı barədə məlumat verib. Sonradan onun çəkmələri qaldığı evciyin qarşısında, mobil telefonu stolunun üstündə, gödəkcəsi isə həmin yerin məhəccərində asılmış vəziyyətdə tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - deyə “Azneft” İB-nin məlumatında qeyd edilir. 


Create Account



Log In Your Account