Feb 18 2017 15:57
Ulviyye Sabirqizi
Views: 1224

Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub.

CBC-nin məlumatına görə, meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.

V. Qurbanovun meyiti yaxın saatlarda ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

 


Create Account



Log In Your Account