Mar 15 2017 18:28
Ulviyye Sabirqizi
Views: 1146

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılmış Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, itkin neftçilərin axtarış əməliyyatları davam etdirilir.

Qərargahdan CBC-yə verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 13 – də aşkar edilən kişi meyitinin, «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1970 – ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım

Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Beləliklə, onlardan artıq 6 nəfərin - İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov və Ramiz Abbasovun meyitləri tapılıb.
 

 


Create Account



Log In Your Account