Dec 05 2017 16:00
Ferah Sabirqizi
Views: 31

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın bütün məsələləri ilə bağlı razılıq əldə edilib.

Bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada keçirilən 7-ci müşavirəsinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Nazir deyib: “Konvensiyanın mətni demək olar ki, hazırdır. Konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək Sammitinə təqdim olunacaq”.


Create Account



Log In Your Account